Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Konfrans Liqası: "Neftçi"dən uğurlu start

© Photo : Social media page of FC NeftchiNeftçi futbolçuları
Neftçi futbolçuları - Sputnik Azərbaycan, 1920, 28.07.2023
Abunə olmaq
"Qrbavitsa" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
BAKI, 28 iyul - Sputnik. "Neftçi" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, "ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olub. "Qrbavitsa" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Görüşdə ilk qolu meydan sahibləri vurublar. 12-ci dəqiqədə Cenan Haraçiç komandasını önə keçirib. Azərbaycan təmsilçisi 42-ci dəqiqədə Aleksandar Kosoriçin avtoqolu ilə tarazlığı bərpa edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 10-cu dəqiqədə Cozef Amoanın qoluna mane ola bilməyən bakılılar yenidən məğlub duruma düşüblər. Buna baxmayaraq, 90+5-ci dəqiqədə Rəhman Hacıyev əla zərbə ilə komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Türkiyə klubu ilk matçda inamlı qələbə qazanıb - 3:1.
Xəbər lenti
0