CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası" dəyişəcək

© AR Ministry of DefenceAzərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib  - Sputnik Azərbaycan, 1920, 28.07.2023
Abunə olmaq
Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır.
BAKI, 28 iyul — Sputnik. Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Əgər hazırda müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılırsa, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən mərkəzləşdirilmiş qaydada aparılacaq. Müvafiq icra hakimiyyəti orqanı həmin hərbi vəzifəliləri onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanının qeydi olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdır.
Müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər bu qanunda nəzərdə tutulmuş qaydada hərbi qeydiyyata alınacaqlar. Qüvvədə olan qanuna əsasən, Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır.
Qeyd edilib ki, qanunda hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur.
"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası" da dəyişəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 914-VIQD nömrəli Qanununun tətbiqi haqqında" fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması prosedurunun müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası"nda üç ay müddətində müvafiq dəyişikliklər edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Xəbər lenti
0