SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Nikol Paşinyana cavab verdi: Təhrikçi addımlardan çəkin!

© Sputnik / Михаил МетцельMoskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş
Moskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Abunə olmaq
XİN bəyan edib ki, Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir.
BAKI, 27 iyul - Sputnik. Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməlidir.
Bu Azərbaycan XİN-in Nikol Paşinyana cavabında öz əksini tapıb.
“Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir”, - məlumatda qeyd olunub.
XİN-in şərhində o da qeyd olunub ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları bu ölkənin qeyri-qanuni fəaliyyətləri davam etdirmək, əsassız siyasi manipulyasiya yolu ilə gərginlik yaratmaq niyyətindən başqa bir şey deyil.
"Ermənistan tərəfi Azərbaycanı qondarma “soyqırımı” cəhdlərində təqsirləndirmək əvəzinə, Ermənistan ərazisindən azərbaycanlıların məcburi şəkildə deportasiyasına, öz yurd-yuvalarından qovulan zaman insanların kütləvi ölüm hallarına, Azərbaycan ərazilərinə təcavüz və işğal nəticəsində soyqırımı daxil, insanlıq əleyhinə cinayətlərə, etnik təmizləmə siyasəti və törətdiyi əməllərə görə üzr istəməlidir", - XİN-in şərhində bildirilib.
Paşinyan nə deyib?
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, İrəvan humanitar yüklərin Dağlıq Qarabağa keçirilməsinə rəsmi Bakıdan müsbət reaksiya gözləyir.
O xatırladıb ki, "Dağlıq Qarabağdakı humanitar böhran kontekstində humanitar yardımın göstərilməsi barədə qərar qəbul edilib". Ötən gün 19 yük maşınında 361 ton yük daşınıb. Humanitar karvan Kornidzor şəhərinə çatıb və indi Laçın dəhlizinin girişində dayanıb. Paşinyanın sözlərinə görə, Ermənistan Rusiya sülhməramlılarından yükü qəbul edib Dağlıq Qarabağa çatdırmağı xahiş edib. Lakin Azərbaycan yüklərin Laçın dəhlizinə və Dağlıq Qarabağa daxil olmasına mane olur və bu, "qəbuledilməzdir".
"Azərbaycan öz hərəkətlərini Ermənistanın guya dəhlizdən hərbi məqsədlər üçün istifadə etməsi ilə izah edir. Bu, absurd bəyanatdır. Bu, Laçın dəhlizini blokadaya almaq üçün bəhanədir", - Paşinyan deyib.
O eyni zamanda Qarabağa göndərilən məhsulların siyahısını sadalayıb və xatırladıb ki, İrəvanda akkreditə olunmuş səfirlər yükün məzmunu ilə tanış olublar.
Erməni hökumət başçısı ritorik sual da verib: "Əgər Azərbaycan yüklərin keçməsinə icazə vermirsə, bu o deməkdirmi ki, Bakı Dağlıq Qarabağ ermənilərini aclığa məhkum etmək istəyir?!".
Paşinyanoddoa edib ki, "əgər Azərbaycan yükün keçməsinə imkan verməsə, bu, soyqırım niyyətlərindən xəbər verəcək. Yükün qəbulu isə regionda sülhün bərqərar olmasına töhfə verəcək və etimad mühitinin möhkəmlənməsi üçün müsbət addım olacaq".
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov - Sputnik Azərbaycan, 1920, 27.07.2023
SİYASƏT
XİN-dən bəyanat: "Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir"
Xəbər lenti
0