Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Afrika ölkələri Rusiyadan Mi-28NE helikopterlərinin alınmasında maraqlıdır

© Sputnik / Виталий Аньков / Mediabanka keçidMi-8 helikopteri, arxiv şəkli
Mi-8 helikopteri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Abunə olmaq
Həmçinin Ka-52M helikopterlərinin mümkün tədarükü üzrə müqavilə öncəsi işlər aparılır.
BAKI, 27 iyul — Sputnik. Sahara səhrasının cənubunda yerləşən bir neçə Afrika ölkəsi Rusiyanın Mi-28NE hücum helikopterlərini almaqda maraqlıdır və onların tədarükləri artıq həyata keçirilir.
Bu barədə TASS agentliyinə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib.
"Saharanın cənubundakı Afrika ölkələrində Mi-28NE helikopterlərinin alınmasına maraq var, bu texnikanın tədarükü həyata keçirilir", - deyə Şuqayev bildirib.
O, həmçinin Afrikanın maraqlandığı digər helikopterləri - Ka-52M-ləri də xatırladıb. Lakin onların tədarükü barədə danışmaq hələ tezdir, hazırda yalnız müqaviləqabağı işlər aparılır. Şuqayev bildirib ki, bu texnikaya tələbat onun xüsusi hərbi əməliyyat (XHƏ) zonasında effektivliyinin nəticəsi olub.
Bu yaxınlarda KP.RU qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə Rusiya ilə Afrika arasında ticarət dövriyyəsinin artırılmasının mümkünlüyünü açıqlayıb.
Buğda - Sputnik Azərbaycan, 1920, 27.07.2023
RUSİYA
Afrika ölkələri taxıl sazişi ilə bağlı müraciət etdi
Xəbər lenti
0