Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kennedi ABŞ-ı Rusiya ilə yüksək səviyyəli dialoq qurmağa çağırdı

© AFP 2023 / ANGELA WEISSKennedi
Kennedi - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
ABŞ-da prezidentliyə namizədliyə iddialı Robert Kennedi bildirib ki, münasibətlərin kəskinləşməsi fonunda ABŞ Rusiya ilə dialoq qurmalıdır.
BAKI, 26 iyul — Sputnik. ABŞ-da prezidentliyə namizədliyə iddialı Robert Kennedi bildirib ki, münasibətlərin kəskinləşməsi fonunda ABŞ Rusiya ilə dialoq qurmalıdır və Vaşinqtondan heç kim Rusiya prezidenti Vladimir Putinlə bir il ərzində danışıqlar aparmayıb.

"Biz Rusiya ilə potensial olaraq ekzistensial döyüşdəyik. Onların bizdən minlərlə daha çox nüvə silahı var. Deyəsən, bu heç kimin vecinə deyil", - Kennedi Nyu-Yorkda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, əmisi - Con Kennedi və Nikita Xruşşov bir-birləri ilə qeyri-adi dostluğa nail ola biliblər və daim ünsiyyət saxlayıblar.
"Biz tez-tez belə fikirlərlə böyüyürdük ki, müharibədə qalib gəldik, ABŞ Hitlerə qalib gəldi. Əmim dedi ki, yox, müharibəni rusiyalılar qazandı".
O qeyd edib ki, SSRİ İkinci Dünya Müharibəsində böyük itkilər verib. Kennedi əlavə edib ki, əmisi ABŞ-ın özünü onların yerinə qoymalı olduğunu deyib.
"Amerikalılar bunu ilk dəfə eşitdilər. Onlar fərqli düşünməyə başladılar", - Kennedi deyib.
O vurğulayıb ki, bu gün də bu barədə düşünmək vacibdir, çünki bir ildir ki, ABŞ-dan heç kim Rusiya Federasiyasının prezidenti ilə danışmayıb.

"Rusiya ilə yüksək səviyyəli münasibətlərimiz yoxdur. Onlarla danışmalıyıq. Əmimin dediyi kimi etməliyik", - deyə o bildirib.

Xatırladaq ki, kiçik Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur və Demokratlar Partiyasından namizədlik uğrunda hazırkı Amerika lideri Co Baydenlə rəqabət aparır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0