Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

"Bu barədə susurlar". Qərb Ukraynanın yeni problemə çevriləcəyindən ehtiyat edir

© AFP 2023 / PETRAS MALUKASABŞ hərbçiləri Abrams tankları da daxil olmaqla ağır hərbi texnikanı boşaldır, arxiv
ABŞ hərbçiləri Abrams tankları da daxil olmaqla ağır hərbi texnikanı boşaldır, arxiv - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
Müəllif bildirir ki, 2022-ci ilin fevralından sentyabr ayına kimi Ukraynada ABŞ yoxlamalarının aparılmadığı dövrü əhatə edən hesabatın etibarlılığı şübhə doğurur.
BAKI, 26 iyul — Sputnik, David Narmaniya. Kiyevə hərbi yardımın həcmi rekordları qırır. Lakin Avropa və ABŞ-da silahlarla dolu olan bir ölkənin onlar üçün təhlükə olacağından qorxurlar. Müttəfiqlərin nə etdikləri barədə daha ətraflı RİA Novosti-nin materialında.
Münaqişənin ilk günlərindən
"Topların səsi bitdikdən sonra qanunsuz silahlar axını başlayacaq. Biz bunu bilirik, çünki bir çox münaqişələrdən sonra belə olub", - deyə ötən yazda İnterpolun rəhbəri Yurgen Ştok xəbərdarlıq edib.
Mediada dərc olunan yazılara görə, hərbi əməliyyatların sonunu gözləmək lazım olmayacaq.
"Polşa, Rumıniya və Ukrayna ilə həmsərhəd olan digər ölkələr Kiyevə hərbi əməliyyatlar üçün bizim tədarük etdiyimiz silahları çoxluqla batırıb. Başqa sözlə, müxtəlif komandirlər – çox vaxt generallar olmur, polkovniklər və digərləri silah partiyalarını qəbul edir və şəxsən özləri yenidən onları satdırırlar", – deyə amerikalı jurnalist Seymur Herş "RT"yə müsahibəsində bildirib.
"CNN" telekanalı Pentaqonun Baş müfəttişinin hesabatında qeydə alınmış hadisələr haqqında məlumat verir. Xüsusilə, 2022-ci ilin iyununda Ukrayna xüsusi xidmət orqanları oğurluqla məşğul olan bir neçə tacirin iştirakı ilə sxemi ört-basdır edib. Onlar həmçinin özlərini könüllü kimi təqdim edən və 17 min dollarlıq zirehli bronjiletləri mənimsəyən dələduzları da saxlayıblar.
Bundan əlavə, 60 avtomat və minə yaxın patron oğurlayan milli batalyonun döyüşçüləri də həbs edilib. Telekanal qeyd edir ki, onlar hər şeyi "çox güman ki, qara bazarda satış üçün" anbarda saxıayıblar.
Bundan əlavə, "CNN" telekanalı iddia edir ki, "adı açıqlanmayan Rusiya rəsmisinin nəzarətində olan qüvvələr" Ukrayna Silahlı Qüvvələrindən (USQ) silah oğurlamağa cəhd edib.
Monitorinqin çətinlikləri
Maraqlıdır ki, hesabat 2022-ci ilin fevralından sentyabr ayına kimi Ukraynada ABŞ yoxlamalarının aparılmadığı dövrü əhatə edir. Buna görə də onlar əsasən Kiyevin verdiyi məlumatlardan istifadə ediblər. Onların etibarlılığı da şübhə doğurur.
"Silahlar müharibə dumanına düşəndə onların harada olduğuna əmin ola bilmirik. Bu, nəhəng qara dəlikdir", - "CNN" ABŞ kəşfiyyatının nümayəndəsindən sitat gətirib.
Eyni zamanda, "Military"nin məlumatına görə, amerikalılar münaqişənin ilk səkkiz ayı ərzində Ukrayna Silahlı Qüvvələrinə minlərlə "Stinger" və "Javelin" raketləri, haubitsalar, on mindən çox qumbaraatan, S-4 partlayıcıları və 59 milyon patron veriblər. Hələ heç daha güclü və mürəkkəb sistemlərdən – "NASAMS", "HIMARS", "Phoenix Ghost" dronlarından danışmıram.
"Effektiv monitorinq yerində olmağı tələb edir", - deyə nəşr qeyd edir.
Yoxlamalara yalnız noyabr ayında başlanılıb. Lakin tədarük və nəzarət mexanizminin şəffaflığı hələ də suallar doğurur. Ilk növbədə Pentaqonun özünə.
"Minlərlə silah və sursat üçün lazımi hesabat yoxdur", - deyə Müdafiə Nazirliyinin Baş müfəttişinin iyun ayında verdiyi hesabatında qeyd olunur.
Onlar Kiyevə təhvil verilənin 60 faizinə lazımınca nəzarət etməyiblər. Bəzi hallarda heç bir müşayiət sənəd də olmayıb. Artıq yerindəcə ABŞ hərbçiləri qutuları açıb nə verdiklərinə baxıblar.
Hesabatın müəllifləri xüsusilə qeyd edirlər ki, amerikalıların oğurluqda və ya Ukrayna üçün nəzərdə tutulan vasitələrin yanlış ünvana göndərilməsində iştirak etdiklərinə dair heç bir sübut yoxdur.
Heç kimə heç nə demə
Kiyevin okeanın o taylndakı tərəfdaşlarının etibarlılığına çox şübhə var. Konqresdə daim auditi sərtləşdirməyə çağırırlar. Bu mövzu həm Baydenin radikal əleyhdarları, həm də daha mötədil olan respublikaçılar tərəfindən qabardılır. Xüsusilə, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Ukraynanın dəstəklənməsinin tərəfdarıdır, lakin silah tədarükündə kart-blanşın əleyhinədir.
Avropalılar daha ehtiyatlı olmalıdırlar
"Əgər hərbi yardımı tənqid edirsinizsə, dərhal rusiyapərəst düşərgəyə köçürüləcəksiniz. Biz həmişə tədarükə qarşı olmuruq - bəzən onlar insanların həyatını xilas edə bilər, lakin biz bunun geniş müzakirə olunmasını istəyirik", - deyə Hollandiyanın "NRC Handelsblad" nəşri "Stop Wapenhandel"in ("Silah ticarətini dayandırın") fəalı Vandela de Vrisdən sitat gətirir.
Hollandiya hakimiyyəti verilənlərin taleyini ümumiyyətlə izləmir.
Yerli mediada anonim amerikalı tədqiqatçının fikri səsləndirilib: narkotik alverçiləri silahlanırlar.
Ekspert xəbərdarlıq edir ki, ağır texnika ABŞ-ın düşmənlərində ola bilər. Bu, silah nou-hauunun sızması ilə nəticələnə bilər.
Qanunsuz silah ticarəti 1990-cı illərdən bəri Kiyevdə uzun müddətdir davam edən problemdir. 2014-cü ildən sonra "Global Organized Crime Index" saytı qeyd edir ki, Ukrayna tamamilə Avropanın ən böyük qara bazarlarından birinə çevrilib. Malların bir hissəsi ölkədə - yarımqanuni birləşmələrin əllərində qalır. Hələ o zaman da hesaba alınmayan "odlu silah"ların hesabları milyonlara çatıb. İndi problem onun səssizliyi və qeyri-şəffaf tədarüklərə nəzarət sistemi səbəbindən kəskin şəkildə artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0