Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bağçaların seçimi üçün vaxt açıqlanıb

© Official website of President of Azerbaijan RepublicBağça
Bağça - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
İlahə Rəsulova qeyd edib ki, bağça seçimi üçün valideynlər elektron kabinetdə üç məktəbəqədər təhsil müəssisəsi seçə bilər.
BAKI, 26 iyul — Sputnik. Keçən tədris ilindən məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada həyata keçirilir. Dünəndən başlayaraq ölkə üzrə valideynlər elektron kabinet yaratmağa başlayıblar.
Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova bildirib.

"Dünəndən yalnız kabinet yaratmağa başlanılıb. Kabinet yaradıldıqdan sonra avqustun 1-də regionlar, 8-də isə Bakı üzrə qəbul başlayacaq", - o qeyd edib.

İlahə Rəsulova qeyd edib ki, bağça seçimi üçün valideynlər elektron kabinetdə üç məktəbəqədər təhsil müəssisəsi seçə bilər:
"Seçdikləri bağçalarda o yaş qrupu üzrə yer olanda minimum 5 gün ərzində valideynin nömrəsinə SMS gəlir. Bağçalara qəbulla bağlı elektron sistem 1-15 sentyabrda komplektləşdirməyə görə müvəqqəti olaraq bağlanacaq. Sentyabrın 15-dən sonra isə ilboyu açıq olacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0