Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib

© Mark Wilson / Getty Images / AFPməmur
məmur - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
Qırğız biznes dairələrinin nümayəndələri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün əlverişli şəraiti daha diqqətlə nəzərdən keçirməyə dəvət olunublar.
BAKI, 26 iyul — Sputnik. Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazirin müavini Əli Əhmədov başda olmaqla müvafiq dövlət strukturlarının rəhbərləri və işgüzar dairələrin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti biznes forumda iştirak edib.
Biznes-forumda iştirak edən Ə.Əhmədov qeyd edib ki, son qarşılıqlı səfərlər zamanı iki ölkənin prezidentləri tərəfindən qarşıya qoyulmuş vəzifələr və müəyyən edilmiş istiqamətlər Azərbaycan və Qırğızıstan sahibkarları üçün mühüm siqnaldır.
Azərbaycanın iqtisadi göstəricilərindən danışan Baş nazirin müavini vurğulayıb ki, 2022-ci ildə ölkə iqtisadiyyatı 4,6 faiz artaraq rekord göstəriciyə – təxminən 80 milyard dollara çatıb.
Biznes-forumun iştirakçıları dövlət tərəfindən Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, eləcə də "Ələt" azad iqtisadi zonasının işi haqqında ətraflı məlumatlandırılıblar.
Qırğız biznes dairələrinin nümayəndələri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün əlverişli şəraiti daha diqqətlə nəzərdən keçirməyə dəvət olunublar.
Öz növbəsində biznes forumda təmsil olunmuş Azərbaycan şirkətlərinin əməkdaşlığın inkişafı üzrə konkret təklifləri müzakirə etməyə hazır olduqları ifadə olunub.
Biznes forum çərçivəsində Azərbaycan və Qırğızıstanın investisiya imkanları ilə bağlı təqdimatlar, eləcə də iki ölkənin sahibkarları və investorları arasında bir sıra görüşlər keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0