SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ağdam yolundan imtina yolverilməzdir. Başqa yol yoxdur! Oyun bitdi! - Hikmət Hacıyev

© Photo : APAAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, arxiv
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, arxiv - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
Prezidentin köməkçisi xatırladıb ki, Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub.
BAKI, 26 iyul - Sputnik. "Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrinin hissələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır". Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra tviterdəki paylaşımında bildirib.
© Photo : Twitter \ Hikmet Hajiyev Hikmət Hacıyev görüşdə
Hikmət Hacıyev görüşdə - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Hikmət Hacıyev görüşdə
H.Hacıyev qeyd edib ki, Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar.
Prezidentin köməkçisi xatırladıb ki, Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənib.
© Photo : Twitter \ Hikmet Hajiyev Hikmət Hacıyev görüşdə
Hikmət Hacıyev görüşdə - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Hikmət Hacıyev görüşdə

"Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!", - H.Hacıyev əlavə edib.

(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Emin Hüseynov - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Ermənilərin Bərdə-Ağdam yolundan imtina eməsi siyasi şou və möhtəkirlikdir - Emin Hüseynov
Xəbər lenti
0