DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan İraqa səfər edəcək

© AFP 2023 / PETRAS MALUKASTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Ərdoğan Bağdadda İraq prezidenti Əbdüllətif Rəşid, eləcə də bu ölkənin Nümayəndələr Şurasının (parlament) sədri Məhəmməd əl-Xalbusi və əsas siyasi partiyaların liderləri ilə görüşməyi planlaşdırır.
BAKI, 25 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə ildən sonra ilk dəfə İraqa səfər edəcək. Bu barədə mənbəyə istinadən "Shafak News" informasiya portalı məlumat yayıb.
Bildirilir ki, Türkiyə liderinin İraqın baş naziri Məhəmməd əl-Sudani ilə görüşü planlaşdırılıb və onunla ən azı üç mühüm məsələni müzakirə etməyi planlaşdırır.
Mənbə iddia edir ki, danışıqlar masasında PKK tərəfdarları ilə toqquşma, su ehtiyatlarının bölüşdürülməsi, eləcə də Türkiyənin Ceyhan limanı vasitəsilə İraq Kürdüstanından neft ixracının bərpası müzakirə olunacaq.
Bundan başqa, Ərdoğan Bağdadda İraq prezidenti Əbdüllətif Rəşid, eləcə də bu ölkənin Nümayəndələr Şurasının (parlament) sədri Məhəmməd əl-Xalbusi və əsas siyasi partiyaların liderləri ilə görüşməyi planlaşdırır. Əl-Sudani özü də Türkiyənin Bağdaddakı səfiri ilə söhbəti zamanı Ərdoğanın səfəri ilə bağlı məlumatı təsdiqləyib, lakin Türkiyə liderinin iddia edilən səfərinin dəqiq tarixini açıqlamayıb.
Xəbər lenti
0