ELM

Diqqət: Günəşin fəallığı artıb, geomaqnit sahəsində aktivlik olacaq

© AFP 2023 / SAEED KHANGünəş, arxiv şəkli
Günəş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə Günəş küləyinin sürətinin artacağı gözlənilir.
BAKI, 25 iyul — Sputnik. Kosmik hava durumuna görə, son zamanlar Günəşin fəallığı artıb.
Nəsirəddin Tusi adın Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, geomaqnit sahəsinin aktivliyi fasilələrlə G1 səviyyəsinə kimi yüksəlib və qısa müddətli geomaqnit qasırğaları baş verib. Hazırda Kp indeksi (maqnit qasırğalarının səviyyəsini müəyyən edən indeks) 2.33-ə bərabərdir və kosmik məkan sakitdir.
Rəsədxanadan verilən məlumatda o da bildirilib ki, Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə Günəş küləyinin sürətinin artacağı gözlənilir.
Geomaqnit sahəsi bu gün 4 Kp-yə (aktiv) kimi yüksələ bilər. 25 iyulda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə geomaqnit sahəsinin qeyri-stabil olacağı gözlənilir. 27 iyulda isə geomaqnit sahəsinin yenidən 4 Kp-yə kimi yüksələ biləcəyi proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0