Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanın silahları beynəlxalq sərgidə nümayiş etdirilir

© Photo : The Ministry of Defence Industry of AzerbaijanAzərbaycan PUA və silahları beynəlxalq sərgidə nümayiş etdirilir
Azərbaycan PUA və silahları beynəlxalq sərgidə nümayiş etdirilir - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Stenddə Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ulu Öndərə həsr edilən "Heydər Əliyev" guşəsi də yaradılıb
BAKI, 25 iyul — Sputnik. Bu gün Türkiyənin İstanbul şəhərində açılan "İDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan da təmsil olunur.
Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat verilib.
Bildirilib ki, sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
© Photo : The Ministry of Defence Industry of AzerbaijanAzərbaycan PUA və silahları beynəlxalq sərgidə nümayiş etdirilir
Azərbaycan PUA və silahları beynəlxalq sərgidə nümayiş etdirilir - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Azərbaycan PUA və silahları beynəlxalq sərgidə nümayiş etdirilir
Eyni zamanda, stenddə Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ulu Öndərə həsr edilən "Heydər Əliyev" guşəsi də yaradılıb.
Müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sərgidə iştirak üçün İstanbula gedib.
Nazirin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
"İDEF-2023" sərgisi iyulun 28-dək davam edəcək.
Xəbər lenti
0