DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Netanyahunun ürəyinə kardiostimulyator qoşaraq evə buraxıblar

© Alex KOLOMIENSKY / POOL / AFPBenyamin Netanyahu
Benyamin Netanyahu - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
İsxak Hersoq Netanyahu ilə danışdığını və onun yaxşı olduğunu biləndə sevindiyini qeyd edib.
BAKI, 24 iyul — Sputnik. İsrailin Baş naziri Benyamin Netanyahu ürəyinə kardiostimulyator qoşulduqdan sonra xəstəxanadan evə buraxılıb.
Bu barədə “Times of Israel” məlumat yayıb.
Xatırladaq ki, İsrailin 73 yaşlı Baş naziri Benyamin Netanyahu iyulun 15-də Tel-Əvivdəki Şeba Tibb Mərkəzinin təcili yardım şöbəsinə yerləşdirilib. O, evdə özünü pis hiss edib və huşunu itirib.
Eyni zamanda, bu gün İsrail parlamentində hüquq islahatlarına dair ikinci və üçüncü oxunuşlarda səsvermə keçiriləcək. Bununla bağlı ölkədə minlərlə şəxsin iştirakı ilə etiraz aksiyaları keçirilir. Netanyahunun bu gün Knessetə gəlib-gəlməyəcəyi hələ məlum deyil.
***
İsrail Prezidenti İsxak Hersoq səhhətində problemlər olan Baş nazir Benyamin Netanyahu ilə danışıb.
Bu barədə İsrail Prezidenti özünün Twitter səhifəsində paylaşım edib.
"Baş nazir Benyamin Netanyahuya can sağlığı dilədim. Onunla danışdım və yaxşı olduğunu biləndə sevindim. Ona tezliklə tam sağalmasını arzulayıram", - paylaşımda deyilir.
İsrailin 73 yaşlı Baş naziri Benyamin Netanyahu Tel-Əvivdəki Şeba Tibb Mərkəzinin təcili yardım şöbəsinə yerləşdirilib. O, evdə özünü pis hiss edib və huşunu itirib.
Hazırda Baş nazirin vəziyyətinin qənaətbəxş olduğu və tibbi müayinədən keçdiyi bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0