Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Hansı bağçalarda sıxlıq var? Rəsmi açıqlama

© AFP 2023 / ERIC CABANISUşaq bağçası, arxiv şəkli
Uşaq bağçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Nazirlikdən həmçinin bildiriblər ki, ölkə üzrə1654 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
BAKI, 24 iyul — Sputnik. Azərbaycanda bu tədris ili məktəbəqədər təhsil müəssisələrində 55129 uşağın qəbul olacağı gözlənilir. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində yeni tədris ili üçün proqnoz 55129 nəfər göstərilir. Faktiki uşaq sayı 59965 nəfərdir. İcma əsaslı qruplara 1000 nəfər əlavə 3-4 yaşlıların cəlbi gözlənilir.
Nazirlikdən verilən məlumata görə, hazırda əsasən iri şəhərlərdə- Bakı, Gəncə, Sumqayıt, Mingəçevirdə uşaq bağçasına daha çox ehtiyac var:
"Uşaq bağçalarında sıxlığın qarşısını almaq üçün yeni tikilmiş bağçaların fəaliyyətə başlaması yönündə işlər görülür. Alternativ modellərin tətbiqi ilə bağlı təkliflərin hazırlanması ilə bağlı beynəlxalq təşkilatla əməkdaşlıq edilir".
Nazirlikdən həmçinin bildiriblər ki, ölkə üzrə1654 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
2022-2023-cü tədris ili üçün 101738 nəfər məktəbəqədər təhsil müəssisəsinə, 15241 nəfər 3-4 yaşlı uşaqlar icma əsaslı qruplara cəlb olunub. Ümumtəhsil məktəblərdəki məktəbəhazırlıq bura daxil deyil.
Qeyd edək ki, iyulun 25-dən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır. Valideynlər http://www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər. Avqustun 1-də saat 11:00-da regional təhsil idarələri, avqustun 8-də saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. Proses sentyabrın 1-dək davam edəcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür.
Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə, sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq. Elektron qəbul sistemi sentyabrın 1-dən 15-dək qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Xatırladaq ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular bu il üçün keçərli deyil.
Uşaq bağçası - Sputnik Azərbaycan, 1920, 24.07.2023
TƏHSİL
Bağça müəllimləri sertifikatlaşdırmadan keçəcək
Xəbər lenti
0