Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əhaliyə xəbərdarlıq edildi: Xəzərdə sizi təhlükə gözləyir

© Sputnik / Murad OrujovBakıda çimərlik
Bakıda çimərlik - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyyə olunur.
BAKI, 24 iyul — Sputnik. İyulun 25-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyyə olunur.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında iyulun 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-29° isti olacaq.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0