Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Araz çayını lildən təmizləyirlər

© Sputnik / Aleksey Kudenko  / Mediabanka keçidAraz çayı
Araz çayı - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Suvarma suyunun maneəsiz və itkisiz olaraq sahələrə çatdırılması üçün kanallar əl ilə və texnikalara vasitəsi ilə lildən və kol kosdan təmizlənir.
BAKI, 24 iyul — Sputnik. Araz çayında nisbətən su sərfi aşağı olduğundan magistral kanallara suyun verilməsi növbəlilik qrafiki əsasında həyata keçirilir.
Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən verilən məlumatda bildirilib.
Məlumatda deyilir ki, son aylarda Araz çayında suyun lil və çöküntülü olması ilə əlaqədar suvarma kanallarında təkrar olaraq lildən təmizlənmə işləri görülür ki, bu da suvarma suyunun vaxtında itkisiz təmin olunmasına xidmət edir. Suvarma suyu Köhnə Cənubi Muğan kanalına verilir. Suvarma suyunun maneəsiz və itkisiz olaraq sahələrə çatdırılması üçün kanallar əl ilə və texnikalara vasitəsi ilə lildən və kol kosdan təmizlənir. Eyni zamanda 5 km-dən artıq uzunluğunda nov kanallar cari təmir olunub. Bundan başqa plana uyğun olaraq bu lin 6 ayı ərzində 178 km təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib.
Qeyd edək ki, Biləsuvar Suvarma Sistemləri İdarəsinin balansında 69 ədəd nasos stansiya var. Bu nasos stansiyalardan 22 ədədi elektrik enerjisi ilə, 47 ədədi isə dizel mühərrikləri vasitəsi ilə çalışır. Nasos stansiyalarda cari və əsaslı təmir işləri aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0