DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Twitter tədricən quşlarla vidalaşır

© SputnikTwitter, arxiv
Twitter, arxiv - Sputnik Azərbaycan, 1920, 23.07.2023
Abunə olmaq
İlon Musk həmçinin Twitter üçün mümkün gələcək dizaynı da dərc edib. Bu, qara fonda X işarəsidir.
BAKI, 23 iyul - Sputnik. Amerikalı biznesmen və Twitter sosial şəbəkəsinin sahibi İlon Mask bazar günü adıçəkilən sosial platformanın loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb.
"Tezliklə biz Twitter brendi ilə və tədricən bütün quşlarla vidalaşacağıq" , - deyə Mask öz səhifəsində yazıb.
Mask həmçinin Twitter üçün mümkün gələcək loqo dizaynını dərc edib. Bu, qara fonda X hərfindən ibarət işarədir.
Lakin rebrendinqin son variantı hələ razılaşdırılmayıb. Sahibkar əlavə edib ki, “əgər bu axşam kifayət qədər yaxşı X loqosu ərsəyə gələrsə,” sabahdan həmin loqo istifadəyə veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0