DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Tayvan yaxınlığında orta mənzilli raketlərin sayını artırır

© AFP 2023 / DIMITAR DILKOFFraket
raket - Sputnik Azərbaycan, 1920, 23.07.2023
Abunə olmaq
DF-17-lərin 61-ci raket qüvvələri bazasında yerləşdirilməsi ilə Çin Xalq Azadlıq Ordusu Qərbi Sakit okeandakı xarici hərbi bazalara və donanmalara zərbələr endirməyə çalışır.
BAKI, 23 iyul - Sputnik. Çin Tayvan yaxınlığında DF-17 orta mənzilli raketlərinin sayını artırır. Bu barədə “South China Morning Post” ekspertlərə istinadən məlumat yayıb.
Qəzet yazır ki, Tayvan yaxınlığındakı cənub-şərq əyalətlərindəki raket briqadaları 1000 kilometr məsafədəki hədəfləri vura bilən qısa mənzilli ballistik raketlərini təkmilləşdirir. Çin Xalq Azadlıq Ordusu raketlərdən nə üçün istifadə etmək niyyətində olduğunu açıqlamayıb.
“Janes Asia-Pacific” hərbi analitik şirkətinin əməkdaşı Kapil Kajal nəşrə bildirib ki, “DF-17-lərin 61-ci raket qüvvələri bazasında yerləşdirilməsi ilə Çin Xalq Azadlıq Ordusu Qərbi Sakit okeandakı xarici hərbi bazalara və donanmalara zərbələr endirməyə çalışır.
ABŞ kəşfiyyatının məlumatına görə, bu raketlər Çinin hipersonik aparatına quraşdırıldıqda 1800-2500 km məsafə qət edə bilir. Bundan əlavə, sürətinə görə, ABŞ-ın THAAD, SM-3 və Patriot raket sistemləri kimi hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz ola bilər.
Kajal bildirib ki, DF-17 orta mənzilli raketləri qısa mənzilli raketləri əvəz etsə də, təxminən 1000 yaxın mənzilli raket hələ də Tayvanla üzbəüz yerləşdirilib və adaya 6-8 dəqiqəyə çata bilər. O əlavə edib ki, Çinin cənubunda və cənub-qərbində yerləşən qısa və orta mənzilli ballistik raketlərdən Tayvana hücumların ilk dalğası üçün istifadə oluna bilər.
Daha əvvəl Tayvan ordusu Çin təyyarələrinin adanın yaxınlığında olduğunu açıqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0