DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail və Fələstin liderləri Türkiyəyə niyə gedirlər?

© AFP 2023 / GIL COHEN-MAGENТурция
Турция  - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Prezident Rəcəb Tayyib Ərdoğan bir həftə ərzində Türkiyədə Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahunu ayrıca qəbul edəcək.
BAKI, 21 iyul — Sputnik. Fələstin Dövlətinin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə üç gün fərqlə Türkiyəyə səfər edəcəklər.
Bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bir həftə ərzində Türkiyədə Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahunu ayrıca qəbul edəcək.
Fələstin Prezidenti Mahmud Abbasın 25 iyul 2023-cü il tarixdə Türkiyəyə səfəri zamanı Prezident Ərdoğan ilə rəsmi görüşlərdə Türkiyə-Fələstin münasibətləri, İsrail-Fələstin münaqişəsində son vəziyyət və digər aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Türkiyə ilə Fələstin Dövləti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar da görüşün gündəmində olacaq.
Prezident Ərdoğan 28 iyul 2023-cü ildə İsrail Baş naziri Benyamin Netanyahunu ölkəmizdə qəbul edəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə İsrail arasında ikitərəfli münasibətlər hərtərəfli nəzərdən keçiriləcək. Əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlər zamanı həmçinin aktual regional və beynəlxalq problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0