Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Qərbin gücü Kiyevin texnika istehlakını çatdıra bilmir

© Sputnik / Павел Бедняков / Mediabanka keçidПрезидент РФ Владимир Путин выступает с ежегодным посланием Федеральному собранию
Президент РФ Владимир Путин выступает с ежегодным посланием Федеральному собранию - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Ukraynanın şəhər və kəndlərində davamlı basqınlara, fasiləsiz total səfərbərlik dalğalarına baxmayaraq, hazırkı rejim üçün cəbhəyə yeni əlavə qüvvələr gətirmək getdikcə çətinləşir.
BAKI, 21 iyul — Sputnik. Qərbdəki imkanlar Kiyevin texnika istehlakını çatdırmağa imkan vermir. Bu, böyük resurs və vaxt tələb edir. Ukraynada səfərbərlik resursu isə tükənib.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Qərbdəki mövcud istehsal gücləri texnika və sursat ehtiyatlarının istehlakını tez bir zamanda doldurmağa imkan vermir. Əlavə, həm də daha çox vəsait və vaxt lazımdır", - deyə Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə söyləyib.
O əlavə edib ki, "intihar hücumları nəticəsində" Ukrayna Silahlı Qüvvələrinin birləşmələri "böyük itkilər" - on minlərlə insan verib.
"Ukraynanın şəhər və kəndlərində davamlı basqınlara, fasiləsiz total səfərbərlik dalğalarına baxmayaraq, hazırkı rejim üçün cəbhəyə yeni əlavə qüvvələr gətirmək getdikcə çətinləşir. Ölkənin səfərbərlik resursu tükənib", - deyə dövlət başçısı bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0