SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlin sonuna qədər daha iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Forumda çıxış edir
Prezident İlham Əliyev Forumda çıxış edir  - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
İlham Əliyev xatırladıb ki, Avropa Komissiyasının Prezidenti Azərbaycanı "etibarlı tərəfdaş", Avropa İttifaqının enerji üzrə komissarı isə "Panavropa qaz tədarükçüsü" adlandırıb.
BAKI, 21 iyul - Sputnik. Cənub Qaz Dəhlizi layihəsi artıq müvəffəqiyyətlə icra olunub və artıq iki ildir ki, Azərbaycan Avropanın əhəmiyyətli qaz tədarükçüsünə çevrilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş, Avropa İttifaqının enerji üzrə komissarının isə ölkəmizi Panavropa qaz tədarükçüsü adlandırdıqlarını xatırladan dövlətimizin başçısı qeyd edib:
“Sözsüz ki, bizim Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir. Ümidvaram ki, ilin sonuna qədər daha iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev Forumda çıxış edir  - Sputnik Azərbaycan, 1920, 21.07.2023
SİYASƏT
Bu Bəyannamə Rusiya-Azərbaycan münasibətlərinin yeni mərhələsidir - İlham Əliyev
Xəbər lenti
0