Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazirlikdən "əlaçı" şagirdlərin 0-100 bal nəticə göstərməsi barədə açıqlama

© Photo : REPORTİmtahan
İmtahan - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Qurumdan bildirilib ki, istənilən halda, nəticələrdə kəskin fərqin meydana gəlməsi doğru hal deyil.
BAKI, 20 iyul — Sputnik. Elm və Təhsil Nazirliyi 2022-ci ildə orta məktəbi "əlaçı" kimi bitirmiş 149 abituriyent qəbul imtahanında 0-100 bal arası nəticə göstərməsinə münasibət bildirib. Sputnik Azərbaycan-ın sorğusuna cavabda nazirlikdən bildirilib ki, məktəbdaxili qiymətləndirmənin (summativlər) və yekun qiymətləndirmənin (buraxılış imtahanları) fəlsəfəsi və məqsədi fərqli olsa da, istənilən halda, nəticələrdə kəskin fərqin meydana gəlməsi doğru hal deyil.

"Bildiririk ki, 2020-ci ildən başlayaraq nəticəyönlü, şəffaf idarəetmənin formalaşdırılması və şagirdlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı vəziyyətin öyrənilməsi məqsədilə ümumi təhsil müəssisələrində inspeksiyalar təşkil olunur. İnspeksiyaların nəticələrinə əsasən ümumi təhsil müəssisəsinin rəhbərliyinə müvafiq tövsiyələr verilir, həmçinin zərurət olduğu təqdirdə digər tədbirlər həyata keçirilir".

Nazirlikdən bildirilib ki, aşağı nəticələrin hansı məktəblərə aid olması barədə ÜMTMTQŞ-də məlumat yoxdur.
Qeyd edək ki, "2022/2023-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili"nə görə, əlaçı abituriyentlərin 5-23%-i attestat qiymətlərini doğruldur. DİM-in "Abituriyent" jurnalının 12-ci buraxılışında əks olunan təhlildə qeyd olunub ki, fənlər üzrə attestat qiymətləri kafi olan (3) abituriyentlərin əksəriyyəti qəbul imtahanlarında da eyni nəticəni göstərib. Amma təəssüf ki, "əla" qiymətləndirmədə bunun əksi üzə çıxıb.
Bu, özünü coğrafiya (II, III qruplar), kimya (I, IV qruplar) və tarix II, III qruplar) fənləri üzrə qiymətləndirmədə daha qabarıq göstərib. Coğrafiya fənnindən əlaçı abituriyentlərin 40.27%-nin, kimya fənnindən 28.77%-nin və tarix fənnindən 27.39%-nin uyğun fənlər üzrə qəbul imtahanının II mərhələsində topladıqları nisbi balları 20-dən az olub.
Əlaçı abituriyentlərin 80- 100 bal intervalındakı nəticələrinə nəzər saldıqda görürük ki, bu abituriyentlərin ayrı-ayrı fənlər üzrə yalnız 5-23%-i 80–100 bal intervalında nəticə göstərərək özlərinin attestat qiymətlərini doğruldublar. Jurnalda qeyd olunub ki, belə zəif nəticə göstərənlərin sayının çox olması fənlərin aşağı səviyyədə tədris olunması və qiymətləndirmədə standartlara əməl edilməməsi ilə əlaqədardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0