DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsində işlər başa çatır

© Sputnik / Timur Batyirshin Sərhəd
Sərhəd - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
R.Badasyan Ermənistan tərəfində işlər başa çatdıqdan sonra sərhədin açılıb-açılmayacağı ilə bağlı hər hansı bir açıqlama verməyib.
BAKI, 20 iyul — Sputnik. Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsində tikinti işləri yaxın vaxtlarda başa çatacaq.
Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan brifinqdə deyib.
O, konkret tarixlər deməsə də, tikintinin kifayət qədər aktiv getdiyini qeyd edib.
R.Badasyan Ermənistan tərəfində işlər başa çatdıqdan sonra sərhədin açılıb-açılmayacağı ilə bağlı hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, bu il mayın 27-də bildirilmişdi ki, Ermənistan Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsinin tikintisinə hazırlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0