Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan ilə Adıgey arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlir

© Sputnik / Murad OrujovMurad Delok
Murad Delok - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Qonaq Cənubi Qafqaz respublikasının və Rusiya Federasiyası subyektinin iş adamlarının birgə mənimsəyə biləcəyi sənaye sahələri barədə danışıb.
BAKI, 20 iyul - Sputnik. 17 iyul - 20 iyul 2023-cü il tarixlərində Adıgey Respublikasının İxraca Dəstək Mərkəzi sahibkarların Azərbaycanda səfərdə olub. Adıgey şirkətlərinin ölkəmizə gəlişində məqsəd azərbaycanlı həmkarları ilə müxtəlif istehsal sahələrində: qida, tikinti, ağac emalı sahələrində əməkdaşlıq etmək olub.
Adıgey İxraca Dəstək Mərkəzinin baş mütəxəssisi Murad Delokun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Azərbaycan və Adıgey Respublikası arasında ticarət dövriyyəsi 2022-ci ildə ötən illə müqayisədə iki dəfə artıb.

"Əməkdaşlığın əsas prioritet istiqamətləri aqrar-sənaye və ağac emalı sənayesidir. Tərəflər həmçinin maşınqayırma və məişət kimyası sahələrində əlaqələri inkişaf etdirməyi qarşıya məqsəd qoyublar", - deyə Delok bildirib.

Adıgey rəsmisi onu da bildirib ki, ölkəmizi təmsil edən sahibkarlıq subyektləri Rusiyanın bu bölgəsində istehsal olunan məhsullara böyük maraq göztərir:
"Azərbaycanın iri distribütorları Bakıda keçirilən “Interfood Azerbaijan 2023” sərgisində iştirak edən Adıgey istehsalçılarının məhsullarına maraq göstərib", - deyə rusiyalı qonaq bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0