Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xızıda dağlıq ərazidə yanğın - VİDEO

© Sputnik / Leyla AbdullayevaXızı dağları
Xızı dağları - Sputnik Azərbaycan, 1920, 19.07.2023
Abunə olmaq
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək sıx meşəlik əraziyə keçmə riski yüksəkdir.
BAKI, 19 iyul — Sputnik. Xızıda dağlıq ərazidə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Qarabulaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xızı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək sıx meşəlik əraziyə keçmə riski yüksəkdir.
Relyefin mürəkkəbliyi səbəbindən əsasən əl üsulundan istifadə olunmaqla yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın genişlənməsinə, o cümlədən çoxillik palıd və digər ağaclardan ibarət sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0