Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Dövlət İmtahan Mərkəzi beynəlxalq rus dili imtahanına qeydiyyat elan edib

© Sputnik / Rahim MuradovLənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il - Sputnik Azərbaycan, 1920, 19.07.2023
Abunə olmaq
Dövlət İmtahan Mərkəzi SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanını 6 (altı) səviyyə üzrə təşkil edir.
BAKI, 19 iyul - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanına qeydiyyat elan edib.
DİM-in bu barədə yaydığı məlumatda bildirilir ki, imtahan iyulun 27-də keçiriləcək.
İmtahana son qeydiyyat tarixi iyulun 25-dir.
Dövlət İmtahan Mərkəzi SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanını 6 (altı) səviyyə üzrə təşkil edir.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.
İmtahan haqqında daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür. İmtahana qeydiyyat linki DİM-in saytında yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0