DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünya getdikcə daha intensiv isti hava dalğaları ilə üzləşəcək

© AFP 2023 / BARBARA GINDL / APA / AFPНарциссы, фото из архива
Нарциссы, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Bu hadisələrin intensivliyi artmağa davam edəcək və dünya daha güclü isti hava dalğalarına hazırlaşmalıdır - BMT
BAKI, 18 iyul — Sputnik. Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, dünya getdikcə daha intensiv isti hava dalğaları ilə üzləşməyə hazır olmalıdır.
Frans-Press Agentliyinin yaydığı xəbərə görə, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının ekstremal istilər üzrə baş müşaviri Con Nairn Cenevrədə jurnalistlərə bildirib.
"Bu hadisələrin intensivliyi artmağa davam edəcək və dünya daha güclü isti hava dalğalarına hazırlaşmalıdır", - deyə o qeyd edib (APA).
Qeyd edək ki, bir müddət öncə BMT qlobal istiləşmənin okean və dəniz kənarında yaşayanlara mümkün dağıdıcı təsirləri barədə xəbərdarlıq edib. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 8 iyun – Dünya Okean Günü ərəfəsində açıqladığı məlumatına görə, 2022-ci ildə qlobal istiləşmə sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,15 dərəcə artıb və son səkkiz il müşahidələr tarixinin ən isti dövrü kimi qeydə alınıb.
Qlobal istiləşmə nəticəsində buz təbəqələrinin əriməsi okean və dənizlərdə su səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir.
ÜMT-nin hesabatında deyilir ki, ötən il dəniz səviyyəsinin artım tempi son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Bu göstərici 1993-2002-ci illər ərzində orta hesabla ildə 2,27 millimetr, 2003-2012-ci illərdə 3,3 millimetr, 2013-2022-ci illərdə isə 4,62 millimetr təşkil edib. Buna insan fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazının artması səbəb olub.
Beləliklə, müşahidələrin aparıldığı son 30 ilin üçüncü on ilində dəniz səviyyəsinin artım tempi ilk on illə müqayisədə iki dəfə çoxdur. Hazırkı temp davam etsə, 2100-cü ilədək okeanlarda suyun ümumi səviyyəsinin 1-1,6 metr arasında yüksələcəyi ehtimal edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İsti - Sputnik Azərbaycan, 1920, 18.07.2023
DÜNYA XƏBƏRLƏRİ
Avropada 50 dərəcə istinin olacağı barədə xəbərdarlıq edilib
Xəbər lenti
0