Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və Gürcüstan müdafiə nazirliklərinin nümayəndələri nəyi müzakirə ediblər?

© AR Ministry of DefenceAzərbaycan və Gürcüstan müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
Azərbaycan və Gürcüstan müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Azərbaycan ilə Gürcüstan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
BAKI, 18 iyul — Sputnik. Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikası Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən verilən xəbərə görə, general-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Qonaqlar, həmçinin Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar barədə məlumatlandırılıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Z.Çxaidze öz növbəsində göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunması, birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0