Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xarici vətəndaşlar müalicə üçün Azərbaycana üz tutacaq - Vüqar Qurbanov

© Sputnik / Murad OrujovVüqar Qurbanov, arxiv
Vüqar Qurbanov, arxiv - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
TƏBİB-in icraçı direktoru bildirib ki, artıq bəzi cərrahiyyə əməliyyatları üçün vətəndaşların xaricə üz tutmasına ehtiyac yoxdur.
BAKI, 17 iyul - Sputnik. “Tibbi turizmin inkişafı əsas hədəflərdəndir. Çalışırıq ki, həkimlərimiz ölkə daxilində tanındığı kimi, xaricdə də tanınsın". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, Azərbaycan səhiyyəsində qısa zamanda böyük nailiyyətlər əldə edilib:
"Bakı və regionlardakı tibb müəssislərində çalışan kifayət qədər peşəkar həkim və rəhbər personal var. Məqsədimiz vətəndaşlarımızın tibbi xidmət üçün xaricə müraciət etməməsi, əksinə xarici vətəndaşların müalicə üçün Azərbaycana gəlməsidir".
V.Qurbanov artıq bir sıra çətin əməliyyatların ölkəmizdə icra edildiyini, artıq bəzi cərrahiyyə əməliyyatları üçün xaricə üz tutmağa ehtiyac qalmadığını da bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0