CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin nəzərinə: Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılıb

© Sputnik / Rahim Muradovcərimə
cərimə - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır.
BAKI, 17 iyul — Sputnik. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır. Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Məcəllənin indiyə qədərki variantında qeyd edilib ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat məbləğində cərimə edilir.
Dəyişikliklə isə cərimə 60 manatdan 80 manata artırılıb. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə cərimə artırılıb.
Bu barədə Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Məcəllənin bu günə qədərki variantında qeyd edilirdi ki, 333.2 və 333.3-cü maddələrdə nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Dəyişikliklə 333.2 və 333.3-cü maddələrdə nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 500 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq ediləcək.
Bundan başqa, sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr artırılıb.
Məcəllənin bundan əvvəlki variantında qeyd edilib ki, 332.2-ci maddədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat məbləğində cərimə edilir.
Dəyişikliklə isə cərimə 200 manatdan 300 manata qaldırılıb.
Həmçinin, birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcək.
Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib.
Məcəllənin əvvəlki variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir.
Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır.
Bundan başqa, standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək.
Dəyişikliklə mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edənlər 100 manat cərimələnəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0