DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-nin Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək

© AFP 2023 / DON EMMERTBMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.
BAKI, 17 iyul - Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.
“Sabah, iyulun 17-də BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın şuraya sədrliyinin tələbi ilə Ukrayna böhranının növbəti müzakirəsinə ev sahibliyi edəcək”, – Polyanski teleqram kanalında yazıb.
Onun sözlərinə görə, iclasda Qərb ölkələrinin bir neçə xarici işlər naziri iştirak edəcək. Polyanski qeyd edib ki, onlar bu görüşü “güclü anti-Rusiya şousuna” çevirməyə çalışacaqlar.
“Bizim də deyəcək sözümüz var. Sürprizlər olacaq, onları hələ burada açıqlamağa dəyməz”, – Polyanski yekunlaşdırıb.
Xəbər lenti
0