DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yellen: Rusiyanın sanksiyalardan yayınması ilə mübarizə ABŞ-ın əsas vəzifələrindəndir

© AFP 2023 / SAUL LOEBABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen - Sputnik Azərbaycan, 1920, 16.07.2023
Abunə olmaq
Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçılıq və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib.
BAKI, 16 iyul — Sputnik. ABŞ hakimiyyəti Rusiyanın ona qarşı tətbiq edilən sanksiyalardan yayınması ilə mübarizəni bu il ABŞ üçün əsas vəzifələrdən biri hesab edir.
Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
"Bu il bizim əsas məqsədlərimizdən biri Rusiyanın sanksiyalarımızdan yan keçmə cəhdləri ilə mübarizə aparmaqdır. Bizim koalisiyamız bu cəhdləri dayandırmaq üçün son aylarda göstərdiyimiz səyləri artırır", - deyə Yellen Hindistanda keçirdiyi mətbuat konfransında bildirib. Onun çıxışı ABŞ Maliyyə Nazirliyinin “YouTube” kanalında yayımlanıb.
ABŞ Maliyyə Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, ABŞ və onun müttəfiqləri Moskvanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi üçün lazım olan “Rusiyanın hərbi texnika və texnologiyalara çıxışını məhdudlaşdırmağa davam edəcəklər”.
Yellen əlavə edib ki, “bu həftə Ukraynaya ikiqat dəstəyin verilməsi” də lazımdır.
"İcazə verin deyim ki, koalisiyamız Ukraynanı qeyd-şərtsiz dəstəkləyir. Birləşmiş Ştatlar nə qədər lazımdırsa, Ukraynanın tərəfində olacaq. Və bilirəm ki, bizim koalisiyadakı müttəfiqlər və tərəfdaşlar da bunu edəcəklər. Büdcə dəstəyi Ukraynanın müqaviməti üçün həyati əhəmiyyət kəsb edir”, - deyə ABŞ Maliyyə Nazirliyinin rəhbəri bildirib.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın “əksini etmək şansı qalmadı, təhlükəsizlik sahəsindəki risklər elə yaradılıb ki, başqa vasitələrlə reaksiya vermək mümkün deyildi”. Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçılıq və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib. Alyans isə Moskvanın etirazlarına baxmayaraq durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Xəbər lenti
0