DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Taxıl müqaviləsi pozulacağı təqdirdə Kiyev ayda 500 milyon dollar itirəcək

© AP Photo / Luca BrunoTaxıl biçini
Taxıl biçini - Sputnik Azərbaycan, 1920, 16.07.2023
Abunə olmaq
azılaşmalara baxmayaraq, taxıl müqaviləsi dövründə Rusiya gübrələri dünya bazarına çıxmayıb.
BAKI, 16 iyul - Sputnik. Taxıl müqaviləsi başlayandan bəri Kiyev 9,8 milyard dollar dəyərində taxıl ixrac edib. Qara dəniz təşəbbüsündə fasilə yaranarsa, o, ayda 500 milyon dollara qədər itirəcək.
“RİA Novosti” BMT-nin, Ukrayna Kənd Təsərrüfatı və Gömrük Nazirliyinin məlumatlarına əsaslanaraq bu xəbəri verib.
Belə ki, 2022-ci ilin avqustundan 2023-cü ilin iyununa qədər 10 ay ərzində Ukrayna 50,6 milyon ton taxıl ixrac edib ki, bunun da ümumi dəyəri 9,8 milyard dollar təşkil edib. Həm də, bu müddət ərzində orta hesabla taxılın 78%-i, son aylarda isə 80%-dən çoxu limanlar vasitəsilə ixrac edilib.
“Taxıl sövdələşməsi çərçivəsində digər ölkələrə 28,1 milyon ton taxıl, yəni Ukraynanın dünya bazarına tədarük etdiyi bütün məhsulun 55,5 faizi göndərilib. Taxılın qalan hissəsi, çox güman ki, Dunay limanlarından İzmail, Ust-Dunaysk və Reni vasitəsilə Avropa İttifaqına gedir”, - deyə sənaye və energetika üzrə müstəqil ekspert Leonid Xazanov bildirib. Pul ifadəsində Ukrayna taxılının sövdələşmə müddətində limanlar vasitəsilə ixracı 7,7 milyard dollar təşkil edib. Qara dəniz vasitəsilə 5,5 milyard dollar, çaylar vasitəsilə isə 2,2 milyard dollar dəyərində taxıl ixrac edilib.
“Bu hesablamalar onu göstərir ki, taxıl müqaviləsi dayandırılarsa, Ukraynanın birbaşa aylıq itkiləri ayda 500 milyon dollara qədər ola bilər”. - məqalədə belə qeyd edilib.
Bundan əvvəl BMT-nin Koordinasiya Mərkəzi bəyan edib ki, razılaşmalara baxmayaraq, taxıl müqaviləsi dövründə Rusiya gübrələri dünya bazarına çıxmayıb. Ən yoxsul ölkələr Qara Dəniz Təşəbbüsü çərçivəsində göndərilən həcmlərdən yalnız 10% qarğıdalı və 40% buğda alıblar.
Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT-nin iştirakı ilə bağlanıb. Bu ilin may ayında isə o, iyulun 17-dək uzadılıb. Sazişlər Kiyevə kənd təsərrüfatı məhsullarını dəniz yolu ilə ixrac etməyə imkan verib. Rusiya lideri Vladimir Putin Rusiya Federasiyasının taxıl əməliyyatında iştirakını dayandıra biləcəyini söyləyib. Prezidentin sözlərinə görə, Moskva bunu yalnız ona verilən vədlər yerinə yetirildikdə uzadacaq.
Xəbər lenti
0