DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu il dünya ilk dəfə portağal şirəsi çatışmazlığını hiss edəcək

© AFP 2023 / GUILLERMO LEGARIAPortağal şirəsi
Portağal şirəsi - Sputnik Azərbaycan, 1920, 16.07.2023
Abunə olmaq
Narıncı rəngli ətirli meyvələrin ağaclardan həmişəkindən 40-60% az dərilməsi gözlənilir.
BAKI, 16 iyul — Sputnik. İqtisadçılar və aqronomlar əmindirlər ki, yaxın gələcəkdə dünya son yarım əsrdə ilk və ən böyük olan portağal şirəsi çatışmazlığı ilə üzləşəcək.
Bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşri məlumat yayıb.
Fakt budur ki, portağal şirəsi konsentratının 90% - i Avropada və yeni dünyada içki doldurma fabriklərinə Braziliyadan gəlir. Zavod şəraitində konsentrat şirəyə çevrilir, bunun üçün ona su, eləcə də bəzi konservantlar əlavə olunur və yalnız bundan sonra o, şüşə və karton qablarda qablaşdırılır.
Lakin Braziliyada bu il portağal məhsulunun uğursuz olacağı proqnozlaşdırılıb. Səbəblər pis hava və portağal əkinlərinə təsir edən bakterial infeksiyalardır. Narıncı rəngli ətirli meyvələrin ağaclardan həmişəkindən 40-60% az dərilməsi gözlənilir.
Portağal məhsulunun uğursuzluğunu dünya bazarına sitrus meyvələrinin əsas ixracatçısı olan İspaniya və Meksika bağbanları da gözləyirlər.
Portağal çatışmazlığı bu məhsulda qiymət partlayışına səbəb olacaq. Bir sıra ölkələrdə isə onlar, ümumiyyətlə satışdan yox olacaqlar. Buna görə, bütün dünyada ən populyarlardan biri olan portağal şirəsini da eyni aqibət gözləyir.
Xəbər lenti
0