DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ prezidentliyinə namizəd Rusiya ilə bağlı sual qarşısında mat qalıb

© AP Photo / Charlie NeibergallTaker Karlson və ABŞ prezidentliyinə namizəd Tim Skott
Taker Karlson və ABŞ prezidentliyinə namizəd Tim Skott - Sputnik Azərbaycan, 1920, 15.07.2023
Abunə olmaq
Jurnalist Taker Karlson ABŞ prezidentliyinə namizədi Rusiyanın təhlükəsinin nədən ibarət olduğuna dair sualla utandırıb.
BAKI, 15 iyul - Sputnik. "Fox News" telekanalının keçmiş aparıcısı, amerikalı jurnalist Taker Karlson ABŞ prezidentliyinə namizəd Tim Skottdan "Rusiyanın ABŞ üçün əsas təhlükəni nə ilə yaratdığını" soruşub. Hadisə Youtube-da yayımlanan BlazeTV kanalında canlı yayımda baş verib.
Karlson qeyd edib ki, Rusiya təhlükəli hesab edilsə də, ruslar tərəfindən öldürülən ABŞ vətəndaşlarının sayı sıfıra bərabərdir. "Məsələn, mən Rusiyanın əlində ölən adam tanımıram. Eyni zamanda, mən Meksika tərəfindən öldürülən insanları şəxsən tanıyıram" - o, deyib.
Jurnalist izah edib ki, minlərlə amerikalı tədarükçü Meksika istehsalı olan "fentanil" dərmanının qurbanına çevrilir. Bu qadağan olunmuş maddənin istehsalı və tədarükü Meksika iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir.
"Bəs onda niyə Meksika bizim müttəfiqimiz, Rusiya isə düşmənimizdir?" - deyə jurnalist Skottdan soruşub. Lakin o, bunu izah edə bilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0