Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukrayna ordusunun itkilərini açıqladı

© SputnikXüsusi əməliyyat zonası
Xüsusi əməliyyat zonası - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
Zaporojye vilayətindəki 23, 33-cü mexanikləşdirilmiş, 128-ci dağ-hücum briqadalarının, eləcə də Ukraynanın 36-cı dəniz piyada briqadalarının altı sursat anbarı məhv edilib.
BAKI, 14 iyul — Sputnik. Ukrayna hərbçiləri Cənubi Donetsk və Zaporojye istiqamətlərində sutka ərzində 210-dək əsgər, dörd zirehli avtomobil, bir M777 artilleriya sistemi, iki haubitsa və bir Qvozdika artilleriya qurğusunu itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu ərazilərdə düşmənin itkiləri 210 ukraynalı hərbçi, 4 zirehli döyüş maşını, 3 texnika, ABŞ istehsalı olan M777 artilleriya sistemi, iki haubitsa: Msta-B və D-20, həmçinin "Qvozdika" özüyeriyən artilleriya qurğusu olub. Cənub-Donetsk və Zaporojye istiqamətlərində "Vostok" qoşun qrupunun aviazərbələri və artilleriya atəşi ilə Zaporojye vilayətinin Priyutnı və Pyatixatka rayonlarında, "DXR"in Urojayno və Rovnopol ərazilərində Ukrayna hərbçilərinin canlı qüvvə və texnikası sıradan çıxarılıb. Zaporojye vilayətinin Pyatixatki və Dorojnyanka yaşayış məntəqələri ərazilərində üç Ukrayna diversiya-kəşfiyyat qrupunun fəaliyyətinin qarşısı alanıb", - Müdafiə Nazirliyi bildirib.
Bundan başqa, Zaporojye vilayətindəki 23, 33-cü mexanikləşdirilmiş, 128-ci dağ-hücum briqadalarının, eləcə də Ukraynanın 36-cı dəniz piyada briqadalarının altı sursat anbarı məhv edilib.
© SputnikSıradan çıxarılmış Ukrayna hərbi texnikası, arxiv
Уничтоженная военная техника ВСУ - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Sıradan çıxarılmış Ukrayna hərbi texnikası, arxiv
Donetsk istiqaməti
Donetsk istiqamətində "Cənub" qoşun qruplaşmasının bölmələri "LXR"in Beloqorovka, Zaitsevo, Veselo, Krasnoqorovka, Severno, Maryinka və Kleşçeyevkanın qərbində yerləşən ərazilərdə sutka ərzində düşmənin on altı hücumunu uğurla dəf edib.
Bundan əlavə, "DXR"in Boqdanovka və Krasnoqorovka rayonlarında Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası vurulub, Ukrayna Silahlı Qüvvələrinin 79-cu Hava Desant Hücum Briqadasının və 35-ci Dəniz Piyada Briqadasının iki sursat anbarı məhv edilib.
"Hərbi əməliyyatlar zamanı düşmənin itkiləri 280 ukraynalı hərbçi, 3 zirehli döyüş maşını, 4 texnika, Polşa istehsalı olan "Krab" özüyeriyən artilleriya qurğusu, D-20 haubitsası və ABŞ istehsalı olan AN-TPQ-36 əks-batareya radarı olub." - deyə məlumatda bildirilir.
Kupyansk istiqaməti
Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bildirilib ki, Kupyansk istiqamətində operativ-taktiki və ordu aviasiyasının zərbələri, "Qərb" qoşun qrupunun artilleriya atəşi Xarkov vilayətinin Tabayevka, Timkovka, Novomlinsk, Olşana, Berestovo və "LXR"in Stelmaxivka qəsəbələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasına zərbələr endirib. 20-yə qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını, üç maşın və iki D-20 haubitsası məhv edilib.
Krasnoliman istiqaməti
Rusiya Silahlı Qüvvələrinin "Mərkəzi" qrupu Krasnolimansk istiqamətində ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin "LXR"in Nevsko və "DXR"in Qriqorovka yaşayış məntəqələri ərazilərində üç hücumunu dəf edib.
Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin bölmələri "LXR"də Nevsko, Çervonaya Dibrova və Karmazinovka ərazilərində məğlubiyyətə uğrayıblar.
""Luqansk Xalq Respublikası"nın Kuzmino qəsəbəsi ərazisində Ukrayna təxribat-kəşfiyyat qrupunun fəaliyyəti dayandırılıb. 90-a qədər ukraynalı hərbçi, bir tank, üç zirehli döyüş maşını, üç avtomobil və iki D 30 haubitsası məhv edilib", - Nazirlikdən bildirilib.
Xerson istiqaməti
Rusiya bölmələri gün ərzində Xerson istiqamətində 70-ə qədər ukraynalı hərbçini, beş texnikanı, ABŞ istehsalı olan M777 artilleriya sistemini, "Akasiya" özüyeriyən artilleriya qurğusunu və "D-30" haubitsasını gün ərzində məhv edib.
© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçid"Uraqan" RYAS, arxiv
Выдвижение на позицию РСЗО Ураган во время тренировки по управлению ракетными ударами и огнем артиллерии на полигоне Чебаркуль Центрального военного округа в Челяби, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.07.2023
"Uraqan" RYAS, arxiv
Hava hücumundan müdafiə işi
Ötən sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri doqquz HIMARS və "Uraqan" RYAS mərmisini vurub.
"Bundan əlavə, Xarkov vilayətinin Tokarevka, "DXR"in Volodino, Zaporojye vilayətinin Lyubimovka, Semyonovka və Xerson vilayətinin Dmitrovka yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus on dörd PUA məhv edilib", - məlumatda deyilir.
Əməliyyat başlayandan
Xüsusi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 455 hərbi təyyarə, 242 helikopter, 5009 pilotsuz uçuş aparatı, 426 zenit-raket kompleksi, 10700 tank və digər zirehli döyüş texnikası, 1138 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 5453 ədəd artilleriya və minaatan, o cümlədən 11 664 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0