DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hollivud aktyorları tətilə başlayıblar

© AFP 2023 / ROBYN BECKHollivud yazısı
Hollivud yazısı - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
Yüz minlərlə kino və televiziya aktyorunu cəmləşdirən ən böyük həmkarlar ittifaqı – SAG-AFTRA və Amerika Yazıçılar Gildiyası (WGA) maaşların artırılmasını və iş yerlərinin süni intellekt tərəfindən əvəzlənməyəcəyinə zəmanət verilməsini tələb edir.
BAKI, 14 iyul — Sputnik. Hollivud aktyorları studiyalarla maaşların artırılması ilə bağlı danışıqların uğursuz başa çatmasından sonra may ayından bəri piket keçirən kino və televiziya ssenaristlərinin tətilinə qoşulublar. Bu barədə ABŞ Ekran Aktyorları Gildiyası Amerika Televiziya və Kino Aktyorları Federasiyasının danışıqlar komitəsinin rəhbəri Dunkan Krabtri- İreland məlumat verib. Xəbərdə qeyd olunur ki, sonuncu dəfə 1960-cı ildə olmuş ssenarist və aktyorların tətili səbəbilə ABŞ-da və ölkə xaricində bir çox studiyalar fəaliyyətlərini dayandırmaq təhlükəsi ilə üzləşiblər.
Qeyd olunub ki, aktyorların və ssenaristlərin tətilinin sektora böyük iqtisadi itkilər gətirəcəyi gözlənilir.
Hollivudun 160 mindən çox kino və televiziya aktyorunu cəmləşdirən ən böyük həmkarlar ittifaqı – SAG-AFTRA və Amerika Yazıçılar Gildiyası (WGA) maaşların artırılmasını və iş yerlərinin süni intellekt tərəfindən əvəzlənməyəcəyinə zəmanət verilməsini tələb edirlər.
Təxminən 11 500 ssenaristin qoşulduğu tətil səbəbilə bir sıra telekanallar şouları təkrar yayımlamaq məcburiyyətində qalıblar. Yaranmış vəziyyətin həmçinin payız fəsli üçün nəzərdə tutulan buraxılışların istehsalını pozduğu, böyük büdcəli filmlərin istehsalını dayandırdığı bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0