Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məhkəmənin “Qarabağ”ın UEFA ilə bağlı şikayətinə baxacağı tarix açıqlanıb

© AFP 2023 / STEPHANE DE SAKUTINMəhkəmə zalı
Məhkəmə zalı - Sputnik Azərbaycan, 1920, 13.07.2023
Abunə olmaq
Vətən Müharibəsi günlərində “Qarabağ”ın mətbuat xidmətinin o zamankı rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı statusuna görə UEFA “Qarabağ”ı 100 min avro məbləğində cərimələmiş, İbrahimovun özünü isə ömürlük futbol fəaliyyətindən məhrum etmişdi.
BAKI, 13 iyul - Sputnik. “Qarabağ”ın UEFA-ya qarşı qaldırdığı iddiaya İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq tarix bəlli olub.
“Report”un məlumatına görə, sözügedən iclas avqustun 29-da keçiriləcək.
Qeyd edək ki, Vətən Müharibəsi günlərində “Qarabağ”ın mətbuat xidmətinin o zamankı rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı statusuna görə UEFA “Qarabağ”ı 100 min avro məbləğində cərimələmiş, İbrahimovun özünü isə ömürlük futbol fəaliyyətindən məhrum etmişdi.
Ağdam təmsilçisi qərardan şikayət versə də, Nurlan İbrahimovun cəzası qüvvədə qalıb. Klub isə UEFA ilə bağlı etirazını CAS səviyyəsində gündəmə gətirib.
Xəbər lenti
0