DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanın qələbəsi Kiyev üçün faciə olacaq - Stoltenberq

© AP Photo / Jacquelyn MartinNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
NATO Baş Katibi bildirib ki, NATO ölkələri sammitdə Ukraynaya "ölkəni alyansa yaxınlaşdıracaq" çoxillik yardım paketini təsdiqləyiblər.
BAKI, 12 iyul — Sputnik. Rusiyanın Ukrayna ilə döyüş meydanında qələbəsi Kiyev üçün faciə olacaq və NATO-nu daha həssas edəcək. Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Vilnüsdə keçirilən sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
"Ən böyük risk Rusiyanın qalib gəlməsi olacaq. Bu, Ukrayna üçün faciə olacaq, eyni zamanda bizi daha həssas edəcək", - o, bildirib.
Stoltenberq bir daha vurğulayıb ki, NATO Ukraynanı dəstəkləyəcək. O, deyib ki, NATO ölkələri sammitdə Ukraynaya "ölkəni alyansa yaxınlaşdıracaq" çoxillik yardım paketini təsdiqləyiblər.
Çərşənbə axşamı NATO ölkələri Ukraynaya çoxillik hərbi yardım proqramını və NATO-Ukrayna Şurasının (NAC) yaradılmasını təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ukrayna Prezidenti Vladimir Zelenski  - Sputnik Azərbaycan, 1920, 12.07.2023
DÜNYA XƏBƏRLƏRİ
Zelenski NATO sammitindən narazı qalıb
Xəbər lenti
0