Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçirilib

© Sputnik / Murad OrujovAzərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il
Azərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 136 nəfərdən 13 nəfər imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 63 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.
BAKI, 11 iyul — Sputnik. İyulun 11-də Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirib.
DİM-dən verilən xəbərə görə, imtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil edilib.
İmtahanlar başa çatdıqdan dərhal sonra namizədlərə nəticələr haqqında arayış təqdim olunub.
İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 136 nəfərdən 13 nəfər imtahana gəlməyib. Əlli beş və dаhа çох bаl tоplаmış 63 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0