Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rəssamın əsəri Moskvada nümayiş olunacaq

© Photo : AZƏRTACMoskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
Dünyanın bir çox ölkələrində təşkil olunan sərgilərdə iştirak edən azərbaycanlı rəssam Nərmin Nəcəfin əsəri bu dəfə Moskvada nümayiş olunacaq
BAKI, 11 iyul — Sputnik. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) azərbaycanlı rəssam Nərmin Nəcəfin "Azad bülbül" adlı sərgisi açılacaq. Bu barədə rəssam özünün sosial media hesabında məlumat verib.
Məlumat üçün bildirək ki, çoxjanrlı əsərlər yaradan Nərmin Nəcəf Beynəlxalq İncəsənət Assosiasiyasının (Türkiyə) üzvü və UNESCO-nun nəzdində fəaliyyət göstərən rəssamdır. Onun İstanbul, Minsk və Bakıda şəxsi yaradıcılıq sərgiləri təşkil olunub. Rəssamın tabloları başqa fırça ustaları ilə birlikdə Avropadakı sərgilərdə də nümayiş etdirilib.
Nərmin Nəcəfzadənin əsərləri, həmçinin "Rüyalar" (Türkiyə), "Seven springs of Azerbaijan" (Bakı) və "Həyat bayramı" (Bakı) kimi bir sıra mötəbər sərgilərdə sənətsevərlərə təqdim edilib.
Azərbaycanlı fırça ustasının hazırkı sərgisi sentyabrın 4-ə qədər davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0