Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Günəş yanıqları bədxassəli şişlərə də səbəb ola bilər

© AP Photo / Jacques Brinondəniz
dəniz - Sputnik Azərbaycan, 1920, 10.07.2023
Abunə olmaq
Mütəxəssis bildirir ki, ümumiyyətlə, ağ dərililər digərləri ilə müqayisədə Günəş yanıqlarına görə 3-5 dəfə daha çox risk daşıyırlar.
BAKI, 10 iyul — Sputnik. Günəşin yaratdığı yanıq izləri ciddi tibbi problemlərə səbəb ola bilər.
Türkiyəli dermatoloq Aytən Ferahbaş Kesikoğlu isti havalarda hər kəsə diqqətli olmağı tövsiyə edir. Onun sözlərinə görə bu cür yanıqlar şiddət səviyyəsinə görə üç qrupa bölünür:
“Birinci dərəcəli yanıqlar qızartı, şişkinlik, ağrı və dəridə qüsurlara səbəb ola bilər. Bu yanıqların təsiri bir-iki gün davam edir və tibbi müdaxilələrə ehtiyac olmur.
İkinci dərəcəli yanıq zamanı ağrı, şiddət, şişkinlik, qızartı daha çox olur və bu zaman tibbi müdaxiləyə ehtiyac yaranır.
Üçüncü dərəcəli yanıqlar zamanı dəridə ağ ləkələr yaranır. Belə olan halda xəstənin infeksiyaya yoluxma ehtimalı daha çox olur”.
Günəş yanıqlarının bədəndə mayenin azalmasına səbəb olduğunu deyən mütəxəssis bildirir ki, ümumiyyətlə, ağdərililər digərləri ilə müqayisədə Günəş yanıqlarına görə 3-5 dəfə daha çox risk daşıyırlar:
“Günəş 10:00-dan 16:00-dək pik həddə olur. Belə olan halda günəş daha çox yanıq izləri yarada bilər. Bu saatlarda günəş altında olmamaq məsləhət görülür. Günəşdən qorunmaq üçün hər 2-3 saatda bir krem çəkmək lazımdır, bir qədər soyuq duş almaq məsləhət görülür. Xüsusən də uşaqları Günəş şüalarından qorumaq lazımdır”.
Dermatoloqun sözlərinə görə, günəşin yaratdığı yanıqlar bədxassəli şişə belə səbəb ola bilər. Bundan başqa bu yanıqlar dəridə qocalmalara, qırışlara, erkən yaşlanmaya da səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0