DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və Suriya prezidentləri Putinin iştirakı ilə görüşə bilərlər

© AP Photo / Osman OrsalВстреча Раджапа Таййипа Эрдогана и Башара Асада в Стамбуле. 7 июня 2010 года
Встреча Раджапа Таййипа Эрдогана и Башара Асада в Стамбуле. 7 июня 2010 года - Sputnik Azərbaycan, 1920, 09.07.2023
Abunə olmaq
Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Suriya-Türkiyə münasibətlərinin normallaşması prosesi inkişaf edir və yol xəritəsinin aktivləşdirilməsi üçün intensiv iş aparılır.
BAKI, 9 iyul — Sputnik. Suriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair yol xəritəsi üzərində işləri başa vurduqdan sonra rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə görüşə bilərlər.
"Al Arabiya"nın məlumatına görə, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
Onun sözlərinə görə, Suriya-Türkiyə münasibətlərinin normallaşması prosesi "hər ay inkişaf edir" və bu müddətdə "yol xəritəsinin aktivləşdirilməsi üçün fəal və intensiv iş aparılır".
Lavrentyev qeyd edib ki, müvafiq işlər başa çatdıqdan və nəticələr əldə olunduqdan sonra "Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkiyə, Ərdoğan və Suriya lideri arasında görüş təşkil etmək barədə prezidentlərə məlumat veriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0