Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah ölkədə havanın temperaturu aşağı düşəcək

© Sputnik / Murad OrujovВид на город Шуша
Вид на город Шуша - Sputnik Azərbaycan, 1920, 09.07.2023
Abunə olmaq
Ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək, temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək.
BAKI, 9 iyul - Sputnik. Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək, temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək. Şimal-qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında 29-34, Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq.
Xatırladaq ki, bu gün Bakıda temperatur 40 dərəcəyə çatıb. İyulun 8-də isə Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı olub. Belə ki, temperatur Bakıda və Abşeron yarımadasında 40, Naxçıvanda və Aran rayonlarında 35-40, dağlıq rayonlarda isə 32 dərəcəyə çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0