Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: Qərb Rusiyanın müttəfiqlərinə təzyiq edərək Kiyevə silah ötürməyə çalışır

© Sputnik Пресс-служба МИД РФ / Mediabanka keçidБрифинг официального представителя МИД России М. Захаровой
Брифинг официального представителя МИД России М. Захаровой - Sputnik Azərbaycan, 1920, 07.07.2023
Abunə olmaq
Rusiya tərəfi Qərbin tələbi ilə Kiyev rejiminə silah təhvil verməyə razı olmayan ölkələrə minnətdarlığını bildirir və müttəfiqlərini müvafiq çağırışlara boyun əyməməyə çağırır.
BAKI, 7 iyul — Sputnik. Qərb ölkələri və Ukrayna Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), BRİKS, Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) müttəfiqlərinə silahların Kiyevə ötürülməsini təşkil etmək üçün təzyiq göstərir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, Rusiya tərəfi Qərbin tələbi ilə Kiyev rejiminə silah təhvil verməyə razı olmayan ölkələrə minnətdarlığını bildirir. O, Qərbin bu məsələdə orta əsrlər inkvizisiyasının üsulları ilə digər dövlətlərə təzyiq göstərdiyini, bunun üçün hədə-qorxu və şantajdan istifadə etdiyini diqqətə çatdırıb.
"Rusiya müttəfiqlərini müvafiq çağırışlara boyun əyməməyə çağırır. Üçüncü ölkələrin Ukraynanı silahla təmin etmək üçün istənilən cəhdləri Moskva ilə ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək.", - deyə Zaxarova sözünə davam edib.
Rusiyada Ukraynaya Qərb dövlətləri tərəfindən həyata keçirilən silah-sursat tədarükünün əleyhinə çıxırlar. Kreml bildirib ki, Kiyevi silahla təmin etmək sülh danışıqlarına müsbət təsir göstərmir və münaqişəni daha da gərginləşdirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun daha əvvəl qeyd etdiyi kimi, Qərb Kiyev rejimini silahla təchiz etməkdən ötrü vaxt udmaq üçün Ukraynadakı münaqişəni dondurmağa çalışır.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Qərb Kiyevə silah tədarükünü dayandırarsa, xüsusi əməliyyat bir neçə günə başa çatdırıla bilər.
Xəbər lenti
0