SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qoşulmama Hərəkatına sədrlik 4 il sonra Özbəkistana keçəcək

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Ceyhun Bayramov bildirib ki, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin koordinasiya iclası Azərbaycanın sədrliyi ilə sonuncu beynəlxalq tədbir idi.
BAKI, 6 iyul - Sputnik. İki gün ərzində ölkəmizdə keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin koordinasiya iclası Azərbaycanın sədrliyi ilə sonuncu beynəlxalq tədbir idi. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi yanvarda Uqandaya təhvil verəcək.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yekunları bağlı jurnalistlərə açıqlamasında deyib.
“Təbii ki, iclasın hazırlıq mərhələsi uzun müddət davam edib. 120 ölkəyə aid olan böyük sənədlər paketinin hazırlanması 2 ay ərzində aparılıb və Nyu-Yorkda 2 ay ərzində sənədlər üzərində iş gedib. İclasdan iki gün öncə həmin bu prosesin sonuncu razılaşdırma mərhələsi həyata keçirilib. Nəticə etibarilə, yanvar ayında Kampalaya təhvil verməli olduğumuz yekun sənədlər razılaşdırıldı, 1356 maddədən ibarət əsas sənədlər qəbul olundu”, - nazir əlavə edib.
Azərbaycanlı nazir sonda QH-yə sədrlik edəcək Uqandaya uğurlar arzu edib və bildirib ki, sədrliyə hazırlıq prosesində Azərbaycan Uqandaya yardım etməyə hazırıdır.
O da qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə QH-nin rəsmi emblemi və loqosu ilə bağlı təşəbbüs irəli sürülüb: “Biz ölkələri bu prosesi dəstəkləməyə və həmrəylik göstərməyə çağırırıq”.
Nazir deyib ki, sektoral əməkdaşlıq üçün də Azərbaycan tərəfi təşəbbüslər irəli sürüb ki, buna QH ölkələrinin elm və təhsil nazirlərinin, informasiya və texnologiya nazirlərinin görüş platformaları yaradılması daxildir.
C. Bayramov əlavə edib ki, bu il iqlim məsələləri ilə bağlı da nazirlərin görüşün təşkil olunması da planlaşdırılır.
Nazir 2027-2029-cu illərdə Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana keçəcəyini də qeyd edib.
Onun sözlərinə görə, Özbəkistan 2027-ci ildən, yəni Uqandadan sonra Qoşulmama Hərəkatının növbəti sədri olacaq.
Qeyd edək ki, iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Görüşdə hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlər qəbul edilib.
Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü - Sputnik Azərbaycan, 1920, 06.07.2023
SİYASƏT
Bakı Bəyannaməsi qəbul edilib
Xəbər lenti
0