Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin maaşı 3 dəfədən çox artırılıb, sertifikasiyanın nəticələri isə yaxşı deyil

© Sputnik / Murad OrujovEmin Əmrullayev
Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Emin Əmrullayev bildirib ki, Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub.
BAKI, 6 iyul — Sputnik. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqında 3 dəfədən çox artım olub.
Bunu Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2022-ci ilin yanvar və sentyabrında, 2023-cü ilin isə fevral və sentyabrında müəyyən artımlar olub. Yəni iki ildə əməkhaqqında 4 dəfə artıma doğru dəyişiklik olub.
Emin Əmrullayev eyni zamanda bildirib ki, Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub. Nazir qeyd edib ki, Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşerov və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir: "Onlarda orta bal 40+dur".
Sertifikatlaşdırma prosesindən danışan nazir həmçinin vurğulayıb ki, prosesin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Onun sözlərinə görə, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmaqdır:
"İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib".
Onun sözlərinə görə, sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. Nazir qeyd edib ki, müəllimlərdən 10 faizi isə 10-19 bal yığıb. E.Əmrullayev əlavə edib ki, 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0