Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Zelenski Zaporojye AES-də terror aktı törətməyə hazırlaşır

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
Ukrayna Silahlı Qüvvələri bir neçə aydır ki, Kiyevin "aydın planlaşdırılmış taktikası" olduğundan, ZAES-i atəşə tutur.
BAKI, 5 iyul — Sputnik. Ukrayna lideri Vladimir Zelenski Zaporojye atom elektrik stansiyasında terror aktı törətməyi planlaşdırır. O, öz planını həyata keçirə bilsə, bu, bütün dünyaya təsir edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiostansiyasının efirində bildirib.
"Zelenski Zaporojye AES-ə qarşı terror aktı törətmək niyyətindədir – bunu belə söyləmək lazımdır, çünki bu, doğrudur. Planetin bundan təsirlənməyəcək heç bir küncü yoxdur. Bir şey olarsa, hər şeyə - havaya, suya və yeməyə təsir edəcək. Ümumilikdə, hər yerə və hər şeyə", - diplomat qeyd edib.
Zaxarova əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri bir neçə aydır ki, Kiyevin "aydın planlaşdırılmış taktikası" olduğundan, ZAES-i atəşə tutur.
O, qeyd edib ki, Moskva uzun müddətdir ki, Zelenski rejiminin nüvə ekstremizmindən danışır. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti faktiki olaraq bütün dünyanı girov saxlamaq üçün atom elektrik stansiyasını məqsəd kimi seçib.
Bundan əvvəl "Rosenerqoatom" rəhbərinin müşaviri Renat Karçaa Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-i içi radioaktiv tullantılarla doldurulmuş döyüş başlığı ilə taktiki raketlə vurmaq planları barədə xəbərdarlıq edib. O qeyd edib ki, Kiyev rejiminin ehtiyat planı var: nüvə təxribatı təşkil etmək və buna görə Rusiyanı günahlandırmaq.
Bir gün əvvəl Ukrayna hakimiyyəti ZAES-də partlayış baş verəcəyi təqdirdə tövsiyələri əks etdirən yaddaş kitabçalarını yayıb.
Xəbər lenti
0