CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaz təchizatı sahəsində nəzarət mexanizmləri təkmilləşdirilir

© Photo : AzeriGas Production UnionQaz sayğaclarının yoxlanılması
Qaz sayğaclarının yoxlanılması - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
Müvafiq qərar qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını müəyyən edir.
BAKI, 5 iyul — Sputnik. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlarda müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılması, formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsi, reyestrin aparılması məqsədləri, prinsipləri və forması, onun strukturu və reyestrə daxil ediləcək məlumatların predmeti, habelə ondan birbaşa istifadə edəcək subyektlərin dairəsi nəzərdə tutulub. Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən xəbər verilib.
Müvafiq qərar qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını müəyyən edir. Qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində qaz paylayıcısı ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirməlidir.
Qərarın qəbul edilməsində məqsəd istehlakçının qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və pozuntuların aşkar edilməsidir.
Müvafiq qərarda monitorinqin keçirilməsinin məqsədi, subyektləri, müddəti, üsulları, habelə nəticələrinin rəsmiləşdirilməsi qaydası nəzərdə tutulub.
Monitorinq nəticəsində müayinə və texniki xidmət işləri ilə əlaqədar istehlakçıların qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismar olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması, qanun pozuntularının qarşısının alınması və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılması təmin ediləcək.
İstehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmət onun seçimi ilə qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir.
Həmçinin, istehlakçılar yaşayış evlərinin tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidir.
İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması və verilməsini, qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.
Qaz qurğularının müayinəsi və monitorinqinin keçirilməsinə məsul qurumlar müəyyənləşib
Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Monitorinq müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qaydaya uyğun olaraq qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi tərəfindən keçiriləcək.
Qaydaya görə, Monitorinqin məqsədi müayinə keçirilməsində və texniki xidmət işləri ilə əlaqədar istehlakçıların qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismar olunmasını, onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılmasını, monitorinq keçirilən subyektlər tərəfindən qanunun tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.
Qərara əsasən, monitorinq subyektləri aşağıdakılardır:
qaz paylayıcısı;
yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, ixtisaslaşmış istehlak kooperativləri, binanı idarə edən hüquqi şəxslər və fərdi sahibkarlar (idarəedici təşkilatlar), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri);
balansında dövlət mənzil fonduna aid binaları olan dövlət orqanları (qurumları);
ixtisaslaşmış podratçılar;
istehlakçılar.
Nəzarət orqanları bu Qaydada nəzərdə tutulmuş istiqamətlər üzrə monitorinqin keçirilməsi ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdirlər.
Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeli- yində Enerji Məsələlərini Tənzimləmə Agentliyi Reyestrə daxil edilmiş məlumatlar əsasında aşağıdakı istiqamətlər üzrə monitorinq keçirir:
qaz paylayıcısı tərəfindən istehlakçının qaz qurğularına və qaz xətlərinə müayinənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;
istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;
qazpaylayıcı şəbəkəyə texniki xidmətin həyata keçirilməsi;
müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi;
müayinənin və texniki xidmətin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərdə bu Qaydada nəzərdə tutulmuş subyektlər tərəfindən müəyyən edilmiş müddətlərə və hərəkətlərə əməl edilməsi;
ixtisaslaşmış podratçıların fəaliyyəti.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Reyestrə daxil edilmiş məlumatlar əsasında aşağıdakı istiqamətlər üzrə monitorinq keçirir:
İstehlakçının tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;
istehlakçının tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;
yaşayış binalarında və dövlət mənzil fondu binalarında tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi.
Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.
Nəzarət orqanları tərəfindən monitorinq aşağıdakı üsullarla həyata keçirilir:
Reyestrə daxil edilmiş məlumatların toplanılması, qiymətləndirilməsi, təhlili və yoxlanılması;
monitorinqin məqsədləri üçün subyektlərin mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə baxış keçirilməsi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0