Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ermənistana getmək istəyirəm, digər məsələlər klubun üzərinə düşür - Yerli futbolçu

© AFP 2023 / FRANCK FIFEFutbolçu
Futbolçu - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
İyirmi səkkiz yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda klub rəsmiləri bu məsələ ilə məşğuldurlar
BAKI, 5 iyul — Sputnik. Mən Ermənistana getməyi çox istəyirəm, digər məsələlər klubun üzərinə düşür. Bunu açıqlamasında Albaniyanın "Eqnatiya" klubu ilə müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli yeni komandasının UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Ermənistan "Ararat"ına qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.
28 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, hazırda klub rəsmiləri bu məsələ ilə məşğuldurlar:

"Menecerim və idman direktoru soruşdu, mən də getmək istədiyimi dedim".

O, Ermənistan təmsilçisinə qol vurmaq istədiyini söyləyib: "Bilirəm ki, bütün Azərbaycan sözügedən matçda məndən həm yaxşı oyun, həm də qol gözləyir".
"Eqnatiya" komandasına keçidini də şərh edən İsgəndərli başqa ölkələrdən təklif aldığını gizlətməyib:
"Amma həm baş məşqçi, həm də klub prezidenti buraya gəlməyimi çox istədi. Mən də karyeramda yeni səhifə açmaq üçün bu komandanı seçdim. Şükürlər olsun ki, Allah yenidən mənə legioner həyatı yaşamağı nəsib etdi".
Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0